“Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər” .....                     Bakıda bağçada uşaq yıxılaraq ağır xəsarət alıb .....                     Bakıda “Bank Standart” fırıldağı... .....                     2018-сi ildə uçot dərəcəsi daha üç dəfə artırılacaq .....                     Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının ən fəal üzvlərindən olduğunu göstərir .....                     Azərbaycan prezidenti keniyalı həmkarına məktub göndərib .....                     "Döyüldüyünü iddia edən keçmiş SOCAR əməkdaşı təxribatla məşğuldur" .....                     Bakıda məhbus naməlum şəraitdə ölüb .....                     “Həkim cəzalanmalıdır!” .....                     Qardaş bacısını bıçaqladı .....                     Səudiyyə kralından çağırış .....                     Dolların sabaha olan məzənnəsi .....                     "Azərbaycan Cümhuriyyəti-100" adlı müsabiqə... .....                     Səlim Müslümov məişət zorakılığından zərər çəkənlərə baş çəkib .....                     “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır .....                     Barama ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib .....                     İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb .....                     "Hakimə dedim ki, güllələnməyə hazıram" .....                     Milli komandada milli formaya dəyər verən futbolçular oynayacaq .....                     Canet Yellen uçot dərəcəsini artıraraq səhnədən gedir .....                     Yeni Vergilər Naziri büdcəni artırdı .....                     “Afrinə hərbi müdaxilə yeni hərbi çevriliş cəhdi…” .....                     İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? .....                     Bakıda kafedə qadın ofisiantlar arasında .....                     Səudiyyə Ərəbistanıın vəliəhdi İsrailə dəvət edilib .....                     Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz .....                     "Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq" .....                     Prokuror 150 min manatlıq dələduzluqda təqsirləndirilən ana-oğul haqqında bəraət hökmündən protest verib .....                     Türkiyə amerikalı agentləri axtarışa verdi .....                     "Fazil Məmmədovun yerinə kim gəlirsə..." .....                     Qüdsün Fələstinin paytaxtı elan edilməsi uğursuzdur .....                     Sırada ODUR? .....                     Almaniyada vəfat edən bakılı rəssamın nəşi bu gecə vətənə gətiriləcək .....                     Polis maarifləndirmə tədbirlərini davam etdirir .....                     Vəkillər Kollegiyasının sədri hüquq məsləhətxanalarında görüşlərə başlayıb .....                     Ermənistandan gözlənilməz addım .....                     Türkiyə Suriyadan atəşə tutuldu .....                     “Avropa Məhkəməsi ermənilərin işğalçı olduğunu təsdiq etdi” .....                     Göygöl sakini dəm qazından boğulub .....                     “Dövlətçiliyə qarşı təxribat yaranarsa, ordudan istifadə edilməlidir” .....                 

Şeyxin son səlahiyyəti də əlindən alınır - GƏLİŞMƏ
Tarix: 29-11-2017, 08:58 | Çap et
Şeyxin son səlahiyyəti də əlindən alınır
Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycan prezidentinin fərmanı ilə “Mənəvi Dəyərlərin Təbliği Fondu” yaradılıb. Prezident fərmanında qeyd olunur ki, fondun yaradılmasında əsas məqsəd mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafını təmin etməkdir. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi verəcək.

Nizamnamə kapitalı 100 min manat olan fond Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Artıq fondun 15 nəfərdən ibarət ştatı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ancaq hələlik fonda sədr və digər ştatlar təsdiqlənməyib. Ehtimal ki, yaxın zamanlarda DQİDK sədri fonda ehtimal ki, öz yaxın ətrafından bir nəfəri təyin edəcək.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun geniş hüquq və səlahiyyətləri var. Onların sırasında mənəvi dəyərlərin qorunması, mənəvi, dini dəyərlərin araşdırılması, dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına dəstək verilməsi, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım göstərmək, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə maddi yardım, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına maddi yardım göstərilməsi, din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsi, habelə müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək və sair.

Müşahidəçilərə görə, yeni fond Türkiyədə mövcud olan dini sistemin elementidir. Türkiyədə Diyanet İşləri Başqanlığının yanında Diyanet Vəqfi fəaliyyət göstərir. Təxminən səlahiyyətləri Azərbaycanda yaradılan fondla eynidir. Məscid tikintisi, dini dəyərlərin təbliği, dini təhsilə dəstək və sair. Ümumiyyətlə, son bir neçə ildə Azərbaycanda din-dövlət münasibətlərində Türkiyə modelinin tətbiqi müşahidə edilir. Dövlət dini fəaliyyətləri özü müvafiq qurumlar vasitəsilə həyata keçirir.

Yeri gəlmişkən, gələn ildən Azərbaycanda məsciddə rəsmi olaraq təyinatı olan din xadimlərinə dövlət tərəfindən maaş veriləcək. Bizə çatan məlumata görə, “Mənəvi Dəyərlərin Təbliği” Fondunun ilk və hələlik yeganə vəzifəsi din xadimlərinə maaş vermək olacaq. Ölkə üzrə fəaliyyət göstərən 1500-dən çox məscid var və bunların hələlik yalnız yarıya qədərinə rəsmi təyinat olub. Bizə çatan məlumata görə, tezliklə yerdə qalan məscidlərdə də rəsmi təyinat həyata keçiriləcək və bu məscidlər dövlət qeydiyyatına alınacaq, onların işçilərinə - imam və yardımçılarına maaş ödənəcək.

İki ay əvvəl isə Azərbaycanda da Türkiyədə olduğu kimi din xadimlərinin “imam” adlandırılması təklifi irəli sürülüb və qəbul olunub. Əslində nəzəri baxımdan bu yeniliklər heç də pis deyil. Əksinə, daha mütərəqqi addımdır. Dövlət dini fəaliyyətləri öz təşkil edəcək, onu maliyyələşdirəcək, o cümlədən dini təhsilin də pulsuz olması, dövlət tərəfindən maliyyələşdirilməsi təklifi də səsləndirilib ki, bütün bunlar Azərbaycanda xaricdən dini təsirlərin azalmasına xidmət edən, dini sahəni sağlamlaşdıran addımlardır. Amma ortada bir neçə suallar var. Birincisi, dövlətin indi bu yükü daşımaq imkanı varmı? Müvafiq hüquqi baza, savadlı, uyğun kadrlar yerindədirmi? İkincisi, bu yeniliklər dini camiəni bölməyəcək ki? Məsələ ondadır ki, tarixən, o cümlədən son 200 ildə formal dini qurumlara dövlət nəzarəti olsa da, onlar əsasən dövlət qurumu olmayıb, müəyyən məsafədə dayanıblar. İndi isə dini qurumlar və din xadimləri faktiki olaraq dövlət qulluqçusu statusunda olacaq. Bu halda dindarların bu şəxslərə etimadı, yaxınlaşması nə qədər olacaq?

Təbii ki, bu sualın cavabı mənfidir. Çünki hətta Türkiyənin özündə belə məscidlər dövlət nəzarətində olsa da, əsas camaatlar dövlətdən kənardadır. Dövlətin din üzərində nəzarəti formaldır. Üstəlik, nəzərə almaq lazımdır ki, həm nəzəri baxımdan, həm də təcrübi baxımdan Türkiyədə dövlət nəzdindəki dini qurumlar çox güclüdür və əhalinin tələblərini qarşılamaq iqtidarındadır. Azərbaycanda isə əhalinin böyük əksəriyyətini təşkil edən şiə cəmiəsinin dövlət nəzdindəki ruhaniliyə bağlanması nəzəri olaraq ən azı, çətindir. İkincisi də bunu edə biləcək sayda kadr və potensial yoxdur. Hətta QMİ kimi formal da olsa dövlətdən kənar qurum dindar camiə üzərində ciddi təsirə mail ola bilmədi.

Və nəhayət, bu son addımlar faktiki olaraq ənənəvi dini mərkəzi - QMİ-ni kənarda qoyur. Son qərardan sonra artıq din xadimlərinə maaşları da dövlət verəcək. Bununla da QMİ-nin hətta rəsmi qeydiyyatda olan ruhanilər üzərində təsiri sıfıra enəcək. Çünki hazırkı qaydalara əsasən məscidlərin ərazisi bələdiyyələrə (tarixi abidələr istisna olmaqla), onun icması DQİDK-ya, imam və digər dini vəzifəlilər isə QMİ-yə tabedir. İndi isə faktiki olaraq QMİ-nin məscidlər üzərində təsiri sıfıra enəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm (yeni il), Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Çünki hüquqi baxımdan QMİ qeyri-hökumət təşkilatıdır və DQİDK-ya birinci icma kimi qeydiyyata alınıb.

Bizə çatan məlumata görə, din sahəsində atılan bu addımlar Şeyxülislamı narazı salıb. Formal olaraq dini qurumlar arasında isti münasibətlər müşahidə olunsa da, Şeyx indiki vəziyyətdən xoşhal deyil. Ancaq atacaq addım da yoxdur. Məsələ ondadır ki, Azərbaycanda Nazirlər Kabineti yanında Dini İdarə ləğv olunub onun yerində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra Şeyxin səlahiyyətlərinə hücumlar olub.

“Heydər Məscidi”nin idarəsinin Bakı Şəhər İH-yə verilməsi, ehsan qadağası və Şeyxülislamın qardaşının ona reaksiyası, müsəlman dini icmalara yardımların QMİ-dən alınıb DQİDK-ə verilməsi və sair addımlar din sahəsində QMİ-nin səlahiyyətlərinin tədricən əlindən alınması idi. İndi isə artıq 300-ə qədər məsciddə işçilərə maaş verilməsi səlahiyyətləri də QMİ-dən alınacaq və ölkənin mərkəzi dini idarəsinin məscidlər və din xadimlərinə birbaşa təsir imkanları olmayacaq. QMİ-nin nəzarətində qalan yeganə “toxunulmaz” sahə hələlik Həcc ziyarətidir. Yəqin ki, gələn ildən Həcc ziyarətinin təşkili ilə bağlı qaydalarda dəyişiklik olsa, təəccüblənməyə dəyməyəcək.

Hələlik Şeyxülislam bu hadisələrə açıq reaksiya verməyib. Ancaq bizə çatan məlumata görə, o, dövlətin müvafiq qurumlarının rəhbərliyinə narazılığını bildirib. Görünən odur ki, Şeyxülislam bir növ gedişatla barışıb.
\\musavat.com\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər” - FED rəhbəri
Bu gün, 08:23
Bakıda bağçada uşaq yıxılaraq ağır xəsarət alıb
Bu gün, 08:22
Bakıda “Bank Standart” fırıldağı... DAVAM EDİR
Bu gün, 08:20
2018-сi ildə uçot dərəcəsi daha üç dəfə artırılacaq - FED
Bu gün, 08:18
Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının ən fəal üzvlərindən olduğunu göstərir - deputat
Dünən, 18:00
Azərbaycan prezidenti keniyalı həmkarına məktub göndərib
Dünən, 17:58
"Döyüldüyünü iddia edən keçmiş SOCAR əməkdaşı təxribatla məşğuldur" - Sübhan İsmayılov
Dünən, 17:54
Bakıda məhbus naməlum şəraitdə ölüb
Dünən, 17:48
“Həkim cəzalanmalıdır!” - Mərhumun valideynləri
Dünən, 17:46
Qardaş bacısını bıçaqladı
Dünən, 17:38
Səudiyyə kralından çağırış — "Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaradılsın"
Dünən, 17:35
Məşhur azərbaycanlı dizayner Səbinənin porno kastinq zamanı çəkilən VİDEOSU ORTAYA ÇIXDI
Dünən, 17:29
Dolların sabaha olan məzənnəsi
Dünən, 17:25
"Azərbaycan Cümhuriyyəti-100" adlı müsabiqə... - Qaliblər mükafatlanacaq
Dünən, 17:21
Səlim Müslümov məişət zorakılığından zərər çəkənlərə baş çəkib
Dünən, 17:17
“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır
Dünən, 17:16
Barama ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib
Dünən, 17:15
İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb - BƏYANNAMƏ
Dünən, 17:10
"Hakimə dedim ki, güllələnməyə hazıram" - 6 tələbənin həyatına son qoyan sürücü
Dünən, 17:06
Milli komandada milli formaya dəyər verən futbolçular oynayacaq - Rəşad Sadıqov
Dünən, 17:04
Canet Yellen uçot dərəcəsini artıraraq səhnədən gedir - TƏHLİL
Dünən, 17:00
Yeni Vergilər Naziri büdcəni artırdı – ŞƏRT QOYDU
Dünən, 16:59
“Afrinə hərbi müdaxilə yeni hərbi çevriliş cəhdi…” – HDP-dən qalmaqallı açıqlama
Dünən, 16:57
İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? - FOTOLAR
Dünən, 16:51
Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb
Dünən, 16:42
Səudiyyə Ərəbistanıın vəliəhdi İsrailə dəvət edilib
Dünən, 16:41
Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz - İlham Əliyev
Dünən, 16:40
"Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq" - Prezident İlham Əliyev
Dünən, 16:32
Prokuror 150 min manatlıq dələduzluqda təqsirləndirilən ana-oğul haqqında bəraət hökmündən protest verib
Dünən, 16:29
Türkiyə amerikalı agentləri axtarışa verdi
Dünən, 16:27
"Fazil Məmmədovun yerinə kim gəlirsə..." - Dünya çempionundan mesaj
Dünən, 16:21
Qüdsün Fələstinin paytaxtı elan edilməsi uğursuzdur
Dünən, 16:20
Sırada ODUR? - İDDİA
Dünən, 16:18
Almaniyada vəfat edən bakılı rəssamın nəşi bu gecə vətənə gətiriləcək
Dünən, 16:08
Polis maarifləndirmə tədbirlərini davam etdirir - FOTO
Dünən, 16:03
Vəkillər Kollegiyasının sədri hüquq məsləhətxanalarında görüşlərə başlayıb
Dünən, 15:53
Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir
Dünən, 15:51
Türkiyə Suriyadan atəşə tutuldu
Dünən, 15:48
“Avropa Məhkəməsi ermənilərin işğalçı olduğunu təsdiq etdi” - deputat
Dünən, 15:47
Göygöl sakini dəm qazından boğulub
Dünən, 15:42
“Dövlətçiliyə qarşı təxribat yaranarsa, ordudan istifadə edilməlidir” - Ramaldanov
Dünən, 15:35
ABŞ-ın Rusiyadakı səfiri: - "Krım Ukraynadır"
Dünən, 15:35
“Hansı ölkədə bilikdən daha çox diploma üstünlük verilirsə...”
Dünən, 15:32
Dilqəm və Şahbazdan yeni xəbər var
Dünən, 15:30
Fələstin İsraillə bütün sazişləri ləğv etdi
Dünən, 15:26
Tanınmış boksçudan Əli İsmayılova CAVAB: - “… baş qoşmağa vaxtım yoxdur”
Dünən, 15:24
“Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir” - Məleykə Abbaszadə
Dünən, 15:22
"Quba Rixos" haqda şok iddia - İDDİA və CAVAB
Dünən, 15:21
AMEA-nın iki institutunun direktoru vəzifəsinə seçkilər keçirilib
Dünən, 15:11
İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru