"Liderlər arasında olmaq çox maraqlıdır" .....                     Əbülfəs Qarayev Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri ilə görüşüb .....                     “Kürdlərin ABŞ-a meyillənməsi Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırır” .....                     Ərdoğan tvitterdə 20 Yanvar Şəhidlərindən yazdı: .....                     Roma papasını aparan avtomobilin təkəri deşildi .....                     Aynurənin ərinin gecə növbəsinə işə getdi: Nemət gizli həyətə gəldi .....                     Salyan sakini bıçaqlanıb .....                     Dino Ndlovdan təşəkkür mesajı .....                     Türk generaldan Afrin açıqlaması: .....                     Suriyada avtomobildə partlayış olub .....                     20 Yanvar şəhidləri yad edildi .....                     Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub .....                     Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib .....                     Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: .....                     Qaçırılan avtomobillər qısa zamanda tapıldı .....                     Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib .....                     ...gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq .....                     Bu rayona yeni icra başçısı göndərilir .....                     Ərdoğana sürpriz: AKP getdikcə zəifləyir .....                     Rabitə sistemində peşəkar kadr problemi .....                     Afrində terrorçuların sığınacaqları vuruldu .....                     Ağcabədi sakininin evindən silah-sursat tapıldı .....                     ABŞ-da aktiv neft quyularının sayı azalıb, Kanadada isə artıb .....                     Ölkəyə investisiya axınını gücləndirəcək sərəncam .....                     Qulinin adamları hərəkətə keçdi .....                     Füzulidə silahlı insident .....                     Tanınmış şairə ağır itki .....                     Həlak olan Azərbaycan əsgəri bu sözləri ilə YADIMIZDA QALACAQ .....                     Xaçmazın icra başçısı uşaqların sağlamlığı ilə çilingağac oynayır .....                     Atanı öldürüb, oğulu yaralayan qatil .....                     “Bu qədər insanın öldürüləcəyini heç Vəzirov da təsəvvür etmirdi” .....                     YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib .....                     İndi hamını günahlandıran Ayaz Mütəllibov şənbə gecəsi harada idi? .....                     Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb .....                     Evə gorən oğrular ər və arvadın əl-qollarını bağladılar və... .....                     Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək .....                     “Mən Xalq Cəbhəsini 20 Yanvara görə günahlandıra bilmərəm...” .....                     Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb .....                     Şəhidimiz dəfn olundu .....                     Bakının mərkəzindəki yanğın söndürüldü .....                 

“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti... - İTTİHAM VAR
Tarix: 12-10-2017, 09:05 | Çap et
“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...
Bakıda üç il əvvəl iş adamının oğlunun yüksək sürətlə idarə etdiyi avtomobillə vurub şil-küt etdiyi piyadanın-Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovun ölümünün ört-basdır edilməsinin yeni təfərrüatları məlum olub.

DİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, söhbət “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində törətdiyi qəzadan gedir. Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib, lakin onun “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır ediblər.

Nəticədə biznesmenin oğlu törətdiyi hadisəyə görə məsuliyyətdən kənarda qalmağa nail olub. Və belə görünür ki, onun hansısa yollarla təmin etdiyi toxunulmazlıq statusu son vaxtlar bir-birinin ardınca qəzalar törədib insan ölümlərinə səbəb olan məmur, general övladlarının statusunu da üstələyib.

“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...

Çünki son bir neçə ayda Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, Xəzər Dəniz Gəmiçiliyi idarəsinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Novruzəli Orucovun oğlu kimi yüksək mənsəbli şəxslərin ailə üzvləri törətdikləri səs-küylü cinayətlərə görə həbs olunublar. Bu da ondan irəli gəlir ki, prezident İlham Əliyev məmurların ailə üzvlərinin törətdikləri əməllərə görə cəzasız qalmayacağını, hər kəsin qanun qarşısında bərabər olduğunu qəti bəyan edib. Belə hallara qarşı barışmaz mövqe ortaya qoyub. İndiki halda isə biznesmen oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olublar.

Xatırladaq ki, bu hadisənin ört-basdır edilməsi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir. Bu haqda hər iki tərəfin mövqeyini işıqlandırmaqlavirtualaz.org saytı da geniş yazmışdı.

“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...

Polkovnikin ölümünün ört-basdır edilməsi faktının bu münaqişədən sonra KİV-lərə sızdırılması ola bilsin ki, təsadüf deyil. Lakin bu , məsələnin daha az ictimai maraq kəsb edən hissəsidir, əsas olanı budur ki, nüfuzlu iş adamının oğlu Bakıda ölümlə nəticələnən yol qəzası törədib və bu hadisəyə görə hələ də məsuliyyətə cəlb olunmayıb. Niyə? Necə olub ki, 3 tondan çox ağırlığa malik, yüksək sürətlə hərəkətdə olan cipin vurub xurd-xəşil etdiyi piyada hospitala aparılandan və orada keçinəndən sonra onun “öz əcəli ilə öldüyü” qənaətinə gəliblər?

Qeyd edək ki, az qala hər gün ölümlə nəticələnən piyada vurulması hadisələrinin baş verdiyi Bakıda 2014-ci ildə baş vermiş həmin hadisə geniş ictimai maraq kəsb etməyib. Belə hadisələr adiləşdiyindən KİV-lər onu araşdırmağa lüzum görməyib və piyadanın vurulması haqda xəbər lentlərində qısa məlumatdan başqa təfərrüatlar da yer almayıb. Lakin həmin məlumatlarda qısaca da olsa göstərilirdi ki, piyada aldığı xəsarətlərdən xəstəxanada keçinib. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı ilə münaqişəyə görə gündəmə gəlib və fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, “ürək tutmasından” ölüb.

“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...

Bəs biznesmen oğlunun avtomobillə vurduğu piyada hansı xəsarətlər almışdı? Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının hüquqşünas sorğusuna verdiyi cavabda göstərilir ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu 18.05.2014-cü il tarixdə agir vəziyyətdə (!) hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmamışdı. Lakin Baş Klinik Hospitalın cavabında qeyd edilir ki, aparılmış reanimasyon tədbirlərə baxmayaraq xəstədə “bioloji ölüm” (?) qeydə alınıb və o, kəskin ürək-damar çatışmazlığından vəfat edib.

Göründüyü kimi ağır bədən xəsarətləri alan xəstə hospitala daxil olur və o, daha sonra “öz əcəli ilə”, yaxud “qəfil ürək tutmasından” ölür. Burada məntiq haradadır? Açıq-aşkar şübhə yaranır ki, həkimlər xəstənin aldığı ağır fiziki xəsarətlərdən öldüyünü ört-basdır etmək üçün “bioloji ölüm” barədə rəy veriblər?

“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...

Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsindən isə bildirirlər ki, hadisə ilə bağlı cinayət işi CM-nin 263.2-ci maddəsinə əsasən başlanılıb (ölümlə nəticələn agır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.

MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi isə zabitin meyitinin məhkəmə-tibbi ekspertizasını keçirməyə nəyə görəsə lüzum görməyib. Hansı ki, Mərkəzi Klinik Hərbi Hospitalın həkimlərinin verdiyi rəyə əsasən avtomobillə vurulmuş piyadada aşağıdakı ağır fiziki xəsarətlər var idi: hər iki ağciyərin pulmoniti, sağ 4 qabırğanın, sağ körpücük sümüyünün diafizin yerdəyişməsi, köndələn sınığı, hər iki oma-qalça birləşməsinin və sinfizin cırılması, sağ sirkə kasasının damının, sağ qasıq sümüyünün hər iki şaxəsinin qəlpəli yerdəyişmiş sınıqları, sol baldır sümüklərinin sınıqları, travmatik-hemorragik 2-ci dərəcəli şok.

“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...
“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...
“Xaliq Faiqoğlu” MMC şefinin oğlunun bağlı qalan cinayəti...

Tibbi savadı olmayanlara belə aydındır ki, əgər insan bu cür ağır fiziki xəsarətlər alırsa onun yaşamaq şansı qalmır. Lakin həkimlər bütün bu fiziki xəsarətləri bir kənara qoyaraq xəstənin “ürək tutması” nəticəsində “biloji ölümünün” baş verdiyini göstəriblər. Doğrudanmı bu rəyi verənlər işin qapalı qalacağına əmin idilər və faktın nə zamansa mətbuata çıxacağını nəzərə almamışdılar?

Digər tərəfdən qəzada vurulan piyada ordunun zabiti olduğundan işi Hərbi Prokurorluq da apara bilərdi, ancaq buna lüzum görülməyib. Və işə “cinayət tərkibi olmadığı” üçün xitam verilib. Xaliq Seyidov isə törətdiyi əmələ görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyərək azadlıqda gəzir. Nəyin və hansı görünməz qüvvənin sayəsində? Bu, hansı təhlükəli presedenti yaradır? Əgər sürücü imkanlıdırsa və atası biznesmendirsə yolda piyadanı vurub öldürə və heç bir gün də olsa həbsdə yatmaya bilər? O zaman Bakı piyadalarının vay halına. Onlar doğrudan da hər gün belələrinə görə həyatlarını riskə atmış olurlar...







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Liderlər arasında olmaq çox maraqlıdır"
Dünən, 18:04
Əbülfəs Qarayev Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri ilə görüşüb
Dünən, 18:00
“Kürdlərin ABŞ-a meyillənməsi Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırır”
Dünən, 18:00
Ərdoğan tvitterdə 20 Yanvar Şəhidlərindən yazdı: - “Hər zaman Azərbaycanın yanındayıq”
Dünən, 17:51
Roma papasını aparan avtomobilin təkəri deşildi
Dünən, 17:38
Aynurənin ərinin gecə növbəsinə işə getdi: Nemət gizli həyətə gəldi - Cəlilabadda şok hadisə
Dünən, 17:36
Salyan sakini bıçaqlanıb
Dünən, 17:19
Dino Ndlovdan təşəkkür mesajı — Siz həmişə qəlbimdə qalacaqsınız
Dünən, 17:17
Türk generaldan Afrin açıqlaması: - Rusiya mane olsa...
Dünən, 17:14
Yanan binada tanınmış aparıcı da olub: - "Pəncərədən alovu görüb..."
Dünən, 17:09
Suriyada avtomobildə partlayış olub - terrorçu YPG-nin üç başçısı ölüb
Dünən, 17:04
20 Yanvar şəhidləri yad edildi - Tərtərdə
Dünən, 17:01
Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub
Dünən, 16:57
Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib
Dünən, 13:10
Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: - "Ölənə qədər sizinlə varam”
Dünən, 13:06
Qaçırılan avtomobillər qısa zamanda tapıldı
Dünən, 13:03
Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib
Dünən, 12:52
...gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 12:51
Bu rayona yeni icra başçısı göndərilir - Hazırki başçı isə...
Dünən, 12:49
Ərdoğana sürpriz: AKP getdikcə zəifləyir
Dünən, 12:42
Rabitə sistemində peşəkar kadr problemi - GƏLİŞMƏ
Dünən, 12:40
Afrində terrorçuların sığınacaqları vuruldu
Dünən, 12:25
Ağcabədi sakininin evindən silah-sursat tapıldı
Dünən, 12:24
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - Səfir
Dünən, 12:22
ABŞ-da aktiv neft quyularının sayı azalıb, Kanadada isə artıb
Dünən, 12:20
Ölkəyə investisiya axınını gücləndirəcək sərəncam - TƏHLİL
Dünən, 12:19
Qulinin adamları hərəkətə keçdi - Daha bir ölkədə avtoritet savaşları qızışır
Dünən, 12:16
Füzulidə silahlı insident - Qohumunu yaraladı...
Dünən, 12:14
Tanınmış şairə ağır itki
Dünən, 12:04
Həlak olan Azərbaycan əsgəri bu sözləri ilə YADIMIZDA QALACAQ - “Allah bizi şəhidliyə layiq bilsin...”
Dünən, 12:03
Xaçmazın icra başçısı uşaqların sağlamlığı ilə çilingağac oynayır - GİLEY
Dünən, 12:01
Atanı öldürüb, oğulu yaralayan qatil HƏBS OLUNDU
Dünən, 11:57
“Bu qədər insanın öldürüləcəyini heç Vəzirov da təsəvvür etmirdi” - Keçmiş MTN işçisi
Dünən, 11:56
"20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb" - Xalq artisti
Dünən, 11:52
Təranə Qumrala həbs yolu görünür: - "Özünü öldürmək dərəcəsinə çatıb"
Dünən, 11:41
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib
Dünən, 11:38
İndi hamını günahlandıran Ayaz Mütəllibov şənbə gecəsi harada idi? - 28 il əvvəlin QANLI BAKISI
Dünən, 11:37
Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb
Dünən, 11:35
Evə gorən oğrular ər və arvadın əl-qollarını bağladılar və... - Şamaxıda QULDURLUQ
Dünən, 11:34
Televiziyanın öz təbliğat gücünü saxlamasının 8 səbəbi
Dünən, 11:29
Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək
Dünən, 11:27
“Mən Xalq Cəbhəsini 20 Yanvara görə günahlandıra bilmərəm...” - Ayaz Mütəllibov
Dünən, 11:26
Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb
Dünən, 11:24
Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə imkan verməz
Dünən, 11:23
Şəhidimiz dəfn olundu
Dünən, 11:20
Bakının mərkəzindəki yanğın söndürüldü
Dünən, 11:19
Azərbaycana unikal “Skif” raketləri gətirildi - VİDEO
Dünən, 11:18
Daha bir məmurun gedişi gözlənilir - Belə deyirlər...
Dünən, 11:15
Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək
Dünən, 11:13
Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - FOTO
Dünən, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru