Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq .....                     Iraq ordusu Kərkükdəki sonuncü rayonu da kürd birləşməsindən geri aldı .....                     Qazini çörəklə imtahana çəkirlər .....                     “Bu nəticələr Gəncənin adına layiq deyil” .....                     Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib .....                     Tərtərdə kişinin həyat yoldaşını qətlə yetirməsinin .....                     Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı əhəmiyyətli faktları D-8 sammitinin iştirakçılarının diqqətinə çatdırdı .....                     Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir .....                     Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... .....                     Ərdoğan Trampa mədəniyyət dərsi keçdi .....                     Mühafizə polisi onu xilas etdi .....                     Serj Sarkisyan “köhnə skripkasında” ifasını davam etdirir .....                     Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib .....                     Cümhuriyyət parlamentinin yeganə qadını .....                     Ankaradan Kreml etirafı: .....                     "Onlar türk görünümlü ermənilər, ingilislərdir" .....                     Nəsimi rayonunda silsilə agacəkmə kompaniyası keçirildi .....                     “Növbəti oyunda daha maraqlı bir şey edəcəm” .....                     “Azərbaycanın dostu” erməni separatçılarının Avropaya səfərini təşkil etdi .....                     "Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək" .....                     Barama FinTech Hackathon 2017Mobile App layihəsinə qeydiyyat başladı .....                     “Stalin 1 gündə 76 min insanı...” .....                     Nəcməddin Sadıkov ABŞ-a gedib .....                     Ev alıb, sənədləri saxta çıxdığı üçün özünü öldürmək istədi .....                     “Qarabağ”ı təhqir edən yazar üzr istədi .....                     Prezident mükafatları artırılır .....                     Qlobal maliyyə böhranı daha 10 il davam edəcək .....                     Yoxlamalara “yox” niyə uzadıldı? .....                     "Qarabağ"ın Türkiyə "Sabah"ına cavabı: .....                     İraq ordusu daha iki neft yatağını kürdlərin əlindən aldı .....                     Jurnalistlərin olduğu helikopter gölə düşüb .....                     «Səbail gəncləri «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirilib .....                     Dağlıq Qarabağda iki erməni hərbçi ölüb .....                     Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qüvvəyə minib .....                     Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər .....                     Səməd Seyidov yola salınır… .....                     “Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil” .....                     YAP da mitinq keçirəcək?.. .....                     ABŞ Kərimovanın pullarını ələ keçirir .....                     Ramiz Həsənov daha 3 qurumunu itirdi .....                 

Keçmiş MTN şəbəkəsinə aid daha bir qurum... - İDDİA
Tarix: 9-10-2017, 09:51 | Çap et
Keçmiş MTN şəbəkəsinə aid daha bir qurum...
Son vaxtlar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyinin adı müxtəlif qalmaqallı situasiyalar, qanun pozuntuları və digər neqativ hallarla bağlı ölkə mətbuatında dərc olunan materiallarda tez-tez hallandırılır. Məsələn, bir müddət əvvəl Qəmbər Səfərov adlı vətəndaşa məxsus “Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, bu məsələ ətrafında ciddi qanun pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur. Hətta məhkəmə sənədlərində də təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.
Bu günlərdə isə Q.Qurbanovun oğlu Orxan Qurbanov da medianın gündəminə gəlib. Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi” Artıq bir neçə aydır ki, sabiq MTN başçısı Eldar Mahmudovun müxtəlif adamlarla əlaqələri haqqında ölkə mətbuatında fərqli-fərqli yazılar dərc olunur. Bəzən, bu “əlaqələr”də hətta dəxlisiz şəxslərin adları hallanır. Oxucularda sual yarana bilər ki, Eldar Mahmudovu jurnalistlər daha kimlərə dost edib bağlamadılar?!
Ancaq biz apardığımız araşdırma zamanı çox ciddi faktlar üzə çıxdığına görə, bu yazını oxuculara təqdim etməyi lazım bildik. Sabiq MTN başçısı Eldar Mahmudovun vaxtilə Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla dost olduğu nə jurnalistlərə, nə də məmurlara sirr deyil. Əlbəttə, Eldar Mahmudovun “möhtəşəm” vaxtlarında irili-xırdalı əksər məmurlar onunla dost olmağa, isti münasibətlər saxlamağa çalışırdılar. Qüdrət Qurbanov da hardan biləydi ki, bir gün digər güc strukturları Eldar Mahmudovun “qoşun”ununa qalib gələcək? Nəticədə isə Qüdrət Qurbanov sabiq milli təhlükəsizlik naziri ilə qol-boyun vəziyyətdə fotolar çəkdirdiyinə peşman olacaq….
Əvvəla başlayaq ondan ki, vaxtı ilə MTN-in zabiti olan Orxan Qüdrət oğlu Qurbanovun indi də DTX-də çalışdığı barədə məlumatlar var. Hətta onun dostları və yaxınları da deyir ki, Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”. Hətta O.Qurbanovun öz çevrəsində zarafatca “ancaq maaşdan-maaşa işə getdiyini” etiraf etməsi barədə də məlumat əldə etmişik. Bəs necə oldu ki, bu şəxs yeni strukturda da öz yerini qoruyub saxladı? Əlbəttə, bu yeni yazının mövzusudur… Əksinə hələ adı MTN-də “əməkdaş” kimi getdiyi vaxtlarda da, onun xarici ölkələri gəzib özünə modelyer “adaxlı ovuna” çıxdığı deyilir. Monako, İspaniya, Fransa, İtaliya, Türkiyə…
Bu gənc öz “sərgüzəşt”lərini “İnstagram” profilində paylaşmaqdan da çəkinmir. Bəli, deyilənlərə görə, bu şəxs elə bu günlərdə də bu “ovçuluğu davam edir. Misal üçün, atası Qüdrət Qurbanovun rəqibi sayılan Ziya Məmmədov da öz oğluna ovçuluğu tərgizdirə bilmədi. Ancaq onun oğlu modelyer yox, ayı ovlamağı xoşlayırdı. Ola bilsin ki, bu günlərdə Ziya Məmmədov nəqliyyat naziri olduğu üçün Anar Məmmədov ayı ovlayır. Ancaq vaxtı ilə Ziya Məmmədov Dəmir Yol İdarəsinin şefi olanda elə onun oğlu da model ovlayırdı, hətta “STİL” jurnalına sponsorluq edərək Bakının modellərinin fotolarını o jurnalda tirajlayırdı. Ancaq sonra atası NN-şefi təyin olunan kimi, Anar Məmmədov özünü yığışdırıb ciddi aparmağa başladı və modellərdən birbaşa ayılara keçdi. Sonda ayı məsələsi də ona çox baha-başa gəldi.
Orxan Qurbanova gəldikdə isə, bu ovçuya da cızığından çıxıb mətbuatın əlinə düşməmək üçün Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov kömək edir. Ancaq keçən il Ülvi Həsənovun başı möhkəm qarışıq olduğu üçün Orxan Qurbanov Haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin toruna düşmüşdü. Düzdür, sonra gücbalayla olsa da onu Eynullanın torundan çıxardılar, hətta Eynulla Fətullayev Qüdrət və Orxan Qurbanovlar barədə, sizə deyim ki, ürəyləri istəyən bir yazı da yazdı. Oxucuda sual doğura bilər: yaxşı, Qüdrət Qurbanovun köməkçisinin başı nəyə qarışmışdı ki, Orxan Qurbanovu Eynullanın toruna düşməyə imkan verildi.
Ülvi Həsənova Qüdrət Qurbanov tərəfindən Səbail rayonu Xanlar küçəsi 1 ünvanında yerləşən 20-dən artıq qarajı sökdürərək, həmin ərazidə bir neçə mərtəbəli təhsil mərkəzi yaratmaq tapşırığı verilmişdi. Düzdür, həmin ərazidə yeni inşa edilən sahə Qüdrət Qurbanovun adına deyil, ancaq qaraj sahiblərinin hamısı ilə görüşən yenə də Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov olub və əlbəttə ki, o bütün danışıqları Qüdrət Qurbanovun adından aparıb.
Bu barədə növbəti yazımızda məlumat verəcəyik…
İndi isə keçək Qüdrət Qurbanovun qaynı Babək Tağıyevə. Bu şəxs uzun illər polis orqanlarında çalışıb və sonra birdən-birə polis orqanlarından xaric olunaraq təqaüdə çıxıb. Sual doğura bilər ki, axı niyə, Babək Tağıyevin hələ təqaüd üçün yaş həddi çatmasa da, təqaüdə çıxıb. Bacıoğlunun adı vaxtı ilə MTN-də və sonra DTX-də gedir, dayı hələ cavan olaraq əməliyyat işindən birdən-birə uzaqlaşaraq təqaüdə çıxır. Bunların hamısı biz də elə şübhə yaratdı ki, çox güman bu yaxınlarda Qüdrət Qurbanov özü də cavan yaşlarında təqaüdə hazırlaşır. Çünki bu gün , artıq Qüdrət Qurbanovun bir başa vəzifə borclarının icrasında yol verdiyi müxtəlif özbaşınalıqlardan ziyan çəkən dənizçilər dilə gəliblər. Belə ki, müxtəlif instansiyalara, o cümlədən təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olur ki, bu gün Dövlət Dəniz Administrasiyasında formalaşdırılmış rüşvət və korrupsiya şəbəkəsi bu qurumun xidmətlərindən istifadə etməli olan insanların səbir kasasını doldurub.
Hətta bir müddət əvvəl KİV-də yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, yaranmış vəziyyətdən son dərəcə narazı və narahat olan dənizçilər, artıq birbaşa ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar. Bu xüsusda dənizçiləri ən çox narahat edən məqamlardan birinin isə, ARDDA-da son vaxtlar əsil alver predmetinə çevrilmiş sertifikat və diplomların verilməsi prosedurları ilə bağlı olduğu qeyd olunur. Dənizçilərin sözlərinə görə, yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar. Bu xüsusda açıqlama verən mənbə deyir: “…Bu rüşvəti verməyə məcburuq. Çünki başqa cür dənizə çıxmaq imkanımız olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar. Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir…”
Qeyd edək ki, aldığımız məlumatlarda ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir. Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da “açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur…
//Realliq.info







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq - Dünya Bankından PROQNOZ
21-10-2017, 18:33
Iraq ordusu Kərkükdəki sonuncü rayonu da kürd birləşməsindən geri aldı
21-10-2017, 18:32
Qazini çörəklə imtahana çəkirlər - Vəziyyəti acınacaqlıdır
21-10-2017, 18:30
“Bu nəticələr Gəncənin adına layiq deyil”
21-10-2017, 18:23
Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib
21-10-2017, 18:20
“Oğlumu dövlət adamı kimi görmək istəyirəm”
21-10-2017, 17:57
Tərtərdə kişinin həyat yoldaşını qətlə yetirməsinin təfərruatı məlum olub
21-10-2017, 17:54
Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı əhəmiyyətli faktları D-8 sammitinin iştirakçılarının diqqətinə çatdırdı - deputat
21-10-2017, 17:50
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir
21-10-2017, 17:48
Yenidən “Lider”ə qayıtdı
21-10-2017, 17:46
Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu
21-10-2017, 17:43
Ərdoğan Trampa mədəniyyət dərsi keçdi
21-10-2017, 17:41
Mühafizə polisi onu xilas etdi - Şirvanda OLAY
21-10-2017, 17:27
Serj Sarkisyan “köhnə skripkasında” ifasını davam etdirir - rusiyalı politoloq
21-10-2017, 17:10
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
21-10-2017, 17:09
Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..
21-10-2017, 17:07
Ankaradan Kreml etirafı: - "Nail ola bilməmişik"
21-10-2017, 17:04
"Onlar türk görünümlü ermənilər, ingilislərdir" - Məşhur türk yazardan "Qarabağ" məsələsinə sərt reaksiya
21-10-2017, 16:51
Nəsimi rayonunda silsilə agacəkmə kompaniyası keçirildi
21-10-2017, 16:49
“Növbəti oyunda daha maraqlı bir şey edəcəm” - Məşhur pankartın sahibi
21-10-2017, 16:44
“Azərbaycanın dostu” erməni separatçılarının Avropaya səfərini təşkil etdi — ŞOK FOTOLAR
21-10-2017, 16:38
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
21-10-2017, 16:33
"Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək"
21-10-2017, 16:30
Barama FinTech Hackathon 2017Mobile App layihəsinə qeydiyyat başladı
21-10-2017, 16:28
“Stalin 1 gündə 76 min insanı...”
21-10-2017, 16:23
Nəcməddin Sadıkov ABŞ-a gedib
21-10-2017, 16:21
Ev alıb, sənədləri saxta çıxdığı üçün özünü öldürmək istədi - Bakıda İNTİHARA CƏHD
21-10-2017, 13:48
“Qarabağ”ı təhqir edən yazar üzr istədi - FOTO
21-10-2017, 13:44
Prezident mükafatları artırılır – Ayda 500 manat
21-10-2017, 13:40
Qlobal maliyyə böhranı daha 10 il davam edəcək
21-10-2017, 13:38
Yoxlamalara “yox” niyə uzadıldı? – TƏHLİL
21-10-2017, 13:36
"Qarabağ"ın Türkiyə "Sabah"ına cavabı: - "Əziklik Azərbaycanın uğurlarına dəstək olmamaqdır”
21-10-2017, 13:33
İraq ordusu daha iki neft yatağını kürdlərin əlindən aldı
21-10-2017, 13:28
Jurnalistlərin olduğu helikopter gölə düşüb
21-10-2017, 13:26
«Səbail gəncləri «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirilib
21-10-2017, 13:25
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21-10-2017, 13:22
Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qüvvəyə minib
21-10-2017, 10:19
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər - FOTO
21-10-2017, 10:15
Səməd Seyidov yola salınır…
21-10-2017, 10:14
“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”
21-10-2017, 10:11
YAP da mitinq keçirəcək?..
21-10-2017, 10:09
ABŞ Kərimovanın pullarını ələ keçirir
21-10-2017, 10:06
Ramiz Həsənov daha 3 qurumunu itirdi - Artur Rasi-zadə əmr verdi
21-10-2017, 10:05
"Heç olmasa, nəticələrim görəcəkmi?" - GİLEY
21-10-2017, 10:03
Əskipara kəndində səyyar qəbul-görüş keçirildi - Tərtərdə
21-10-2017, 09:59
ABŞ-da aktiv neft quyularının sayı bu həftə də azalıb
21-10-2017, 09:56
Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir - İDDİA
21-10-2017, 09:55
Çinarə Əliyeva Türkiyədə məşhur brendin siması olacaq - FOTOLAR
21-10-2017, 09:53
Baş alıb gedən “qara yumor”un, plagiatlığın qarşısını necə almalı...
21-10-2017, 09:50
“Gənclik Mall”da bu mağaza müştərilərə yalançı endirim vəd edir – FOTOFAKT
21-10-2017, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru