"Mənimlə vaxt keçirməyi daha çox xoşlayır" .....                     Heydər Əsədovun nazirliyi uğrunda didişmə: .....                     Şamaxıda Yezid məmurlar peyda olub: .....                     Göyçayda məmur özbaşınalığı rayonu sahibsiz yurda çevirib... .....                     Texnologiya Universitetində “texnoloji yeniliklər”: .....                     ABŞ müdafiə naziri Avropaya 'sarsılmaz NATO zəmanəti' verir .....                     Rusiyada qripə görə 911 məktəb və 108 uşaq bağçası bağlanıb .....                     Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı .....                     “İl boyu əmək haqqı və pensiyalar artırıla bilər” .....                     2017-ci il üçün neftin qiyməti ilə bağlı .....                     Astanada Suriya böhranı ilə bağlı danışıqların ikinci günü başlayır .....                     "Okean" avtosalonu yol polisinin yazdığı cərimədən pul qazanır .....                     “Karxanalar kralı” keçmiş nazirin karxanasın aldı .....                     Klinikalar xəsətlərin kabusuna dönüb .....                     Azərbaycan Prezidentinin İslam həmrəyliyi barədə təşəbbüsü çox əhəmiyyətlidir .....                     SOCAR-ın Rumıniyada keçirdiyi kampaniya başa çatıb .....                     İlham Əliyev orduda Səfər Əbiyev dövrü haqda: .....                     Təhsil haqqı borcu olan tələbələr üçün növbəti elan sessiyası başlayır .....                     ASK-ya yeni baş katib təyin edilib .....                     Bakıda dələduzluq .....                     Elman Rüstəmov İdarə Heyətinin geniş iclasını çağırdı .....                     “Mənim üçün boş və mənasız söhbətlərdir” .....                     Avstraliyalı müsəlman millət vəkilinin məzəli mübarizə forması .....                     "1 milyon abunəçim olsa, +18 videomu yayacağam" .....                     Suriya üzrə Astana görüşündə ərəb media nümayəndələri qalmaqala səbəb olublar .....                     Dolların yanvarın 24-nə olan .....                     “Kimsə BMT qətnamələrini unudubsa, yada sala bilərik” .....                     “Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində formal olaraq mövcuddur” .....                     "Kurtlar Vadisi Pusu"nun başlamamasının səbəbi məlum oldu .....                     “Silahlı Qüvvələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir” .....                     Türkiyənin idxal etdiyi qazın 15%-i Azərbaycanın payına düşür .....                     “Aprel döyüşləri kimin ordusunun yenilməz olduğunu göstərdi" .....                     “Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır” .....                     Azərbaycanın daxili işlər orqanlarında .....                     Diktator bütün vətəndaşları izləmək istədi və… .....                     Bakı və Zaqatalada yanğın olub .....                     "Ətimizi tökməsin, bunu İlhamə Quliyeva etmişdi" .....                     Türkiyə hərbçiləri Suriyada 65 terrorçunu məhv edib .....                     Azərbaycana gələn qadının daxili orqanından “xəzinə” çıxdı .....                     Mikayıl Cabbarov `Qafqaz` Universiteti ilə bağlı .....                 

Baş metroçuya qarşı 9 FAKT - İTTİHAM VAR
Tarix: 6-01-2017, 08:08 | Çap et
Baş metroçuya qarşı 9 FAKT
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynovun maxinasiyaları haqqında dəfələrlə məlumat vermişik.
Büdcədən ayrılan supsidiyaların mənimsənilməsindən tutmuş, dövlət sifarişi olan layihələrin yaxın şəxslərə həvalə olunaraq pul “silinməsinə” qədər bir çox faktlar var. Lakin Z. Hüseynovun “yeraltı hegomonluğu”nun “sərhədləri” gözlənildiyindən daha artıq böyükdür.
Daxil olan məlumatlar sözün əsil mənasında şok effekti yaradır. Söhbət kiçik mənimsəmələrdən yox, dövlətə aid olan milyonlarla pulun şəxsi sərvətin artırılmasına yönəlməsindən gedir.
Bu faktları təqdim edirik:
Metropolitenin beton zavodu kimə işləyir?
1. “Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələrindən olan Dəmir Beton Konstruksiyalar Zavodu Zaur Hüseynovun şəxsi mülki kimi fəaliyyət göstərir. Əldə etdiyimiz məlumata görə, birbaşa rəisin tapşırığı ilə zavodun istehsal etdiyi sement şəxsi adamlara satılır. Satılan sementin qiyməti bazar qiymətlərindən aşağı olduğu üçün zavoda sözün əsil mənasında axın var. QSC-yə aid yük maşınları zavodun qarşısında növbəyə dayansalar da, şəxsi yük maşınları rahat şəkildə zavodun ərazisinə daxil olur, yüklənəndən sonra naməlum istiqamətdə gözdən itirlər. Bunu sübut edən fotolar, hətta kənar yük maşınlarının dövlət nömrə nişanının seriyası haqda məlumatlar da redaksiyamıza daxil olub.
4 milyonluq texnika: hər iki halda qazanan rəisdir
2. Dəmir Beton Konstruksiyalar Zavoduna dövlət büdcəsindən QSC-yə ayrılan maliyyə hesabına yeni texnika alınıb. Alınan texnikalardan təkcə birinin qiyməti 4 milyon manatdır. Rəsmi sənədlərdə yeni texnikanın zavodda istifadə olunduğu göstərilsə də, əslində QSC rəisinin göstərişi ilə büdcənin pulları hesabına alınan texnika rayonların birində təyinatından kənar istifadə olunur. Əvəzində zavodun ehtiyaclarını ödəmək üçün lazım olan texnika başqa şirkətlərlə müqavilə bağlanaraq, icarəyə götürülüb. Hər iki halda pul mənimsənilir. Birinci: dövlətin malı olan texnika fərdi şəxslərə icarəyə verilir və oradan gələn gəlir şəxsi ciblərə gedir. İkinci: şirkətlərdən müqavilə əsasında götürülən texnikanın icarə haqqı rəsmi sənədlərdə ikiqat yüksək göstərilərək, məbləğin yarısı mənimsənilir. QSC-yə məxsus texnikanın rayonların birinə göndərilməsi və təyinatından kənar istifadə olunmasını əks etdirən videogörüntülər də əlimizdədir.
Sənəddə 25 ton, reallıqda 7 ton: texnikaların alınmasındakı fırıldaq
3. Texnikaların alınması zamanı da dövlət büdcəsindən ayrılan supsidiyalar mənimsənilməsi baş verir. Belə ki, yaxın günlərdə QSC-yə yeni texnikalar alınıb. Lakin bu texnikaların qiyməti dəfələrlə şişirdilərək aktlaşdırılıb. Həmçinin, texnikanın malik olduğu yükgötürmə qabiliyyəti də dəfələrlə şişirdilib. Misal üçün, yeni alınan “kranlar” rəsmi sənədlərdə 25 ton yük qaldırma qabiliyyətinə malik olduğu göstərilir. Lakin reallıqda bu kranlar 7 tondan artıq yük qaldıra bilmir. Belə aydın olur ki, QSC rəhbərliyi büdcədən ayrılan puldan 25 ton yükgötürmə qabiliyyətinə malik olan “kranlar” almaq üçün lazım olan məbləği götürür, lakin 7 ton yükgötürmə qabiliyyətinə malik texnika alaraq, pulları mənimsəyir. Sənədlər və pulun hara xərcləndiyini təsdiqləyən aktlar yerindədir, yerində olmayan alınan texnikanın keyfiyyəti və həcmidir.
“Rol arxasında oturmaq” üçün 3 və 5 min manat “bəxşiş”
4. “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentində də ciddi maxinasiyalar baş verir. Məlumata görə, departamentin rəisi olan Səbuhi adlı şəxs (onun soyadına heç bir yerdə rast gəlmək mümkün deyil. Hətta QSC-nin rəsmi saytında belə Tikinti Departamenti bölməsi boşdur. Bunun özü də diqqət çəkən məqamdır) beton maşınlarının sürücülərini rüşvətlə işə götürməsi iddia olunur. Belə ki, böyükhəcmli yük maşınlarının sürücüləri “rol arxasında oturmaq” üçün 5 min manat, kiçikhəcmli yük maşınlarının sürücüləri isə 3 min manat rüşvət verməlidirlər. Bu “işəgötürmə” prosesinin də birbaşa Zaur Hüseynovun nəzarətində olduğu da şübhəli məqamlardan biridir.
1,5 milyonluq villa, restoran və yeni inşa olunan şadlıq sarayı
5. Z.Hüseynovun yeznəsi olan Tərlan adlı şəxs isə sözün əsil mənasında QSC-də at oynadır. Yeznənin Mərdəkanda 1,5 milyon manatlıq villası var. Z. Hüseynova məxsus “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Yaşıl Məkan” restoranını idarə edən Tərlan yeni şadlıq sarayı da inşa etdirir. Burada sual yaranır: Z. Hüseynov və yaxın ətrafı pulları haradan əldə edir? Yuxarıda göstərilən faktlar bu sualın cavabını aydınlaşdırır. Lakin hər şey bununla bitmir. Dövlət büdcəsindən milyonlarla pulu mənimsəyən QSC sədri Metropoliten işçilərinin əmək haqlarına da göz dikib.
İşçilərin əməkhaqlarına dikilən göz
6. Məlumatlara görə, işçilər öz hesablarına 6 aylıq müddətində məzuniyyətə göndərilir və onlara büdcədən ayrılan əmək haqları mənimsənilir. Bununla yanaşı, köhnə işçilər mənasız bəhanələrlə işdən çıxarılır, yerinə metro işində heç bir səriştəsi olmayan, lakin Z. Hüseynova və onun çevrəsinə yaxın olan şəxslər götürülür.
“Bakı Metropoliteni”ndə “vor v zakon” kimdir?
7. QSC sədrinin müşaviri olaraq tanınan Anar adlı şəxsin işçilərlə davranışı isə sözün əsil mənasında dəhşətlidir.
Burada haşiyəyə çıxaraq bir məqamı qeyd etmək istəyirik: “Bakı Metropoliteni” QSC-nin strukturunda müşavir vəzifəsi göstərilməyib. Amma Anar adlı şəxs bütün Metropolitendə “rəisin müşaviri” olaraq tanınır. “Zaur Hüseynov “müşavir” adında özünə dəstə yaradır?”. Bu sualı açıq olaraq qalır.
Lakin sualın bu formada yaranması təsadüfi deyil. Redaksiyamıza məlumat verən QSC əməkdaşlarından biri deyir ki, Anar işçilərlə “vor v zakon” kimi danışır.
“İşçilərə bildirir ki, istəyirsiniz şəhərli kimi danışaq, istəyirsiniz rayonlu kimi. Lap istəyirsiniz lotu kimi “voravoskoy” söhbət edək. Deyir ki, “mən “Sovetski” uşağıyam, şəhərdə böyümüşəm. İstənilən adamla hər cür söhbət edə bilərəm”. Hətta çox nalayiq ifadələr də işlədir”, – deyə adının çəkilməsini istəməyən şəxs bildirir.
Zaur Hüseynovun toyuq “hədiyyəsi”
8. Ən dəhşətlisi isə işçilərə göstərilən münasibətdir. Məlumata görə, Qurban Bayramında işçilərə verilməli olan mükafatlar mənimsənilib. Əvəzində hər işçiyə bir toyuq “hədiyyə” edilib. Bu, sadəcə, biabırçılıqdır.
Metropolitendə “həbs siyahısı”: Hüseynov səssizliyini pozacaqmı?
9. Hər şeyin belə davam edəcəyini demək isə çətindir. İşçilərdə yaranmış narazılıqla yanaşı, Z. Hüseynovu hədələyən bir məqam da var: Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Bakı Metropoliteni” QSC-nin Kadrlar İdarəsinin rəisi Azər İsmayılov həbs olunub. Onun otağı möhürlənib. Məlumata görə, möhürlənən kabinetdə yüzlərlə “maaş kartı” var. İşçilər arasında yayılan məlumatlara görə, A. İsmayılov intihar etmək də istəyib. Lakin bu alınmayıb. O, hər kəsə bəyan edib ki, həbs olunacağı təqdirdə özü ilə ən azından 15 nəfəri “içəri” aparacaq. Onların kim olduğu bilinmir. Lakin əminliklə demək olar ki, Z. Hüseynov həmin 15 nəfərin kimliyini yaxşı bilir. Və bəlkə siyahının başında onun adı var?!
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Bakı Metropoliteni” QSC-nin Kadrlar İdarəsinin rəisi Azər İsmayılovun həbs olunma xəbərinə sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə aydınlıq gətirmək istədik. Nəsimi Paşayev Miq.Az əməkdaşı ilə söhbətində bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil. Heç bir həbs hadisəsi baş verməyib. Əgər mənim cavabıma inanmırsınızsa onda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ilə də əlaqə saxlaya bilərsiniz.
Bütün bunlara rəğmən, Z. Hüseynov susqunluğunu qoruyur. Belə bir misal var: “Hamı cənab fakt qarşısında şlyapasını çıxarır”. Hüseynovun güman ki, çıxarmağa şlaypasının olub-olmadəğını bilmirik. Amma indiyə qədər pozmadığını səssizliyi onun da bu faktlarla razılaşdığını deməyə əsas verir.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(Miq.az)





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənimlə vaxt keçirməyi daha çox xoşlayır"
Bu gün, 08:24
Heydər Əsədovun nazirliyi uğrunda didişmə: - Aqrar sektor savaşına generallar da girişib
Bu gün, 08:22
Şamaxıda Yezid məmurlar peyda olub: - icra başçısı suyu camaata pulla satdırır
Bu gün, 08:18
Göyçayda məmur özbaşınalığı rayonu sahibsiz yurda çevirib... - FOTOLAR
Bu gün, 08:15
Texnologiya Universitetində “texnoloji yeniliklər”: - professor “od püskürür”
Bu gün, 08:09
ABŞ müdafiə naziri Avropaya 'sarsılmaz NATO zəmanəti' verir
Bu gün, 08:05
Rusiyada qripə görə 911 məktəb və 108 uşaq bağçası bağlanıb
Bu gün, 08:00
Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı - MTN-lə əlaqəsi olub...
Bu gün, 07:58
“İl boyu əmək haqqı və pensiyalar artırıla bilər” - deputat
Bu gün, 07:52
2017-ci il üçün neftin qiyməti ilə bağlı PROQNOZ verildi
Bu gün, 07:50
Astanada Suriya böhranı ilə bağlı danışıqların ikinci günü başlayır
Bu gün, 07:48
"Okean" avtosalonu yol polisinin yazdığı cərimədən pul qazanır - İLGİNC
Bu gün, 07:34
“Karxanalar kralı” keçmiş nazirin karxanasın aldı
Bu gün, 07:25
Klinikalar xəsətlərin kabusuna dönüb - ŞİKAYƏT
Bu gün, 07:19
Azərbaycan Prezidentinin İslam həmrəyliyi barədə təşəbbüsü çox əhəmiyyətlidir - Əhməd Bin Hazim
Dünən, 18:00
SOCAR-ın Rumıniyada keçirdiyi kampaniya başa çatıb
Dünən, 17:27
İlham Əliyev orduda Səfər Əbiyev dövrü haqda: - “Mənə şəkillər təqdim etmişdilər…”
Dünən, 17:23
Təhsil haqqı borcu olan tələbələr üçün növbəti elan sessiyası başlayır
Dünən, 17:20
ASK-ya yeni baş katib təyin edilib
Dünən, 17:17
Bakıda dələduzluq - 99 min manatlıq
Dünən, 17:15
Elman Rüstəmov İdarə Heyətinin geniş iclasını çağırdı
Dünən, 17:12
“Mənim üçün boş və mənasız söhbətlərdir” - Kamran Həsənli
Dünən, 17:10
Avstraliyalı müsəlman millət vəkilinin məzəli mübarizə forması
Dünən, 17:06
"1 milyon abunəçim olsa, +18 videomu yayacağam" - erməni məşhur
Dünən, 17:00
Suriya üzrə Astana görüşündə ərəb media nümayəndələri qalmaqala səbəb olublar
Dünən, 16:46
Dolların yanvarın 24-nə olan məzənnəsi açıqlanıb
Dünən, 16:40
“Kimsə BMT qətnamələrini unudubsa, yada sala bilərik” - İlham Əliyev
Dünən, 16:39
“Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində formal olaraq mövcuddur” - Azərbaycan prezidenti
Dünən, 16:37
"Kurtlar Vadisi Pusu"nun başlamamasının səbəbi məlum oldu
Dünən, 16:35
“Silahlı Qüvvələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir” - Zakir Həsənov
Dünən, 16:27
Türkiyənin idxal etdiyi qazın 15%-i Azərbaycanın payına düşür
Dünən, 16:17
“Aprel döyüşləri kimin ordusunun yenilməz olduğunu göstərdi" - Azərbaycan prezidenti
Dünən, 16:16
“Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır” - İlham Əliyev
Dünən, 16:08
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub
Dünən, 16:05
Diktator bütün vətəndaşları izləmək istədi və… Kumar ona 1.5 milyon “atdı”
Dünən, 15:55
Bakı və Zaqatalada yanğın olub
Dünən, 15:45
"Ətimizi tökməsin, bunu İlhamə Quliyeva etmişdi"
Dünən, 15:44
Türkiyə hərbçiləri Suriyada 65 terrorçunu məhv edib
Dünən, 15:39
Azərbaycana gələn qadının daxili orqanından “xəzinə” çıxdı - FOTO
Dünən, 15:38
Mikayıl Cabbarov `Qafqaz` Universiteti ilə bağlı əmr verdi
Dünən, 15:36
Moldova NATO ilə razılaşmalara son qoyur
Dünən, 15:34
Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq
Dünən, 15:34
Qar və duman Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətini çətinləşdirib
Dünən, 15:23
Daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər - Azərbaycanda
Dünən, 15:20
"Əvvəl klipi min manata çəkirdik, indi 10 min ödəyirik ki, yaxşı nəsə alınsın"
Dünən, 15:19
"Görsəm ehtiyac var, 50 yaşımda filan, bəlkə ola bilər" - Sevda Ələkbərzadə
Dünən, 15:16
Soydaşlarımız kapitanımızı “öldürdü” - VİDEO
Dünən, 15:12
Finlandiya Trampla Putini görüşdürməyə hazırdır, əgər...
Dünən, 15:09
“AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir” - Pedro Aqramunt
Dünən, 15:07
Serqey Culakyan Bakı bəyannaməsini imzaladı: - "Mən Bakıya Avropadan gələcəyəm"
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru